Issues of Education and Moral Instruction in Pre-Islamic Literary Samples Cahiliyyə dövrü ədəbi nümunələrində tərbiyə və öyüd-nəsihət məsələləri Вопросы воспитания и наставления в литературных образцах эпохи Джахилии
Abstract
In this paper. on the examples of the fiction in the context of the pre-Islamic Arabic family, the education and advice on family issues were presented. The text of mother’s advice who accompanies her daughter to her husband’s was translated and presented to the readers. The article also summarizes the attitudes and behaviors between spouses of Arab Family Code.
Cahiliyyə dövrü ədəbi nümunələrində tərbiyə və öyüd – nəsihət məsələləri barədə qısa da olsa bir fikir söyləyərkən qeyd etmək lazımdır ki, çətin səhra şəraitində yaşayıb, sərtləşən qədim ərəblər zəngin bir hikmət xəzinəsi yaradan xalqlardan olmuşdur. Özlərinin ağır həyat təcrübələrinə istinad edərək həyatın müxtəlif aspektlərinə lakonik və sərrast münasibətlər bildirən xütbələr, aforizmlər və tərbiyəvi xarakterli nəsr nümunələri qoyub getmişlər. Bu nümunələrin biri barədə Bakı Dövlət Universiteti İlahiyyat fakültəsinin elmi məcmuəsinin dekabr 2011-ci il 16 sayında cahilliyə dövrünün ən böyük qəbilələrindən olan Udvanu-l-Mudriyyə qəbiləsinin başçısı şair, nasir, hikmət sahibi və qədim ərəblərin cəngavərlərindən olan Zu-l-Əsbai-l-Udvaninin qocalıb əldən düşən zaman hakimiyyətin oğluna ötürülməsi mərasimində söylədiyi vəsiyyəti barədə qısa bir bilgi vermişdik.
Keywords:
Period of ignorance, literature, advice
Cahiliyyə dövrü, ədəbiyyat, nəsihət
References
- Bakı Dövlət Universiteti, İlahiyyat fakültəsi, Elmi məcmuəsi, №16, dekabr, 2011-ci il.
- Большая Советская Энсклопедия, второе здание, Т,26 Москва,1954.
- “ Azadlıq” qəzeti, 12 iyul,2012-ci il.
- Pənah Xəlilov “ Kitabi Dədə Qorqud ” intibah abidəsi, Bakı, Gənclik, 1993.
- http: www.mada.com/vb/f70/ t 23637.