Articles

İslamdan əvvəlki dinlərdə oruc İslamdan əvvəlki dinlərdə oruc Пост в религиях до ислама

Saleh Kazımov Bakı Dövlət Universiteti tarix fakultəsinin dissertantı

How to Cite

Kazımov, Saleh , Kazımov, S , , Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi, İslamdan əvvəlki dinlərdə oruc, 5, 9, 2008, 381-393, 2008

Zotero Mendeley EN EndNote

Abstract

In every religion the basics of belief are very important. Worshiping and praying are important, too. Fasting is a more important praying among them in Islam. Fasting is one of the five main rules of the religion and it is fulfilled in a perfect way.
In this article we are talking about the fasting not only in Islam, but also in other religions. We give information about the religions, in which people do the fasting and in which way they realize this praying. It is mentioned that in different religions fasting is realized in different and special ways. We also give information about the people, who do the fasting and how they do it.
Dünya dinləri içərisində sonuncu ilahi din olan islam dinin müqəddəs kitabı Qurani-Kərimdə belə buyrulur: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, siz pis əməllərdən çəkinəsiniz.” Bu orucun tarixinin İslamdan daha əvvəl olduğunu bizə açıq-aydın göstərir. Tarixdə mövcud olan dinlərin çoxunda oruc mövcud olmuş və bu dinlərə mənsub olan adamlardan orucun tutulması istənmişdir. Mövcud inanc sistemlərinin çoxunda oruc və ya pəhriz formasında bir ibadət vardır. Oruc sozü ərəb dilindəki “savm” sözünün qarşılığıdır. Mənası “tutmaq”, “susmaq”və ya “hərəkətsiz qalmaq” deməkdir. Fars dilində istifadə olunan “ruzə” sözü də eyni mənanı verir. Azərbaycan dilində isə “oruc” olaraq işlədilir. Dini bir termin olaraq, imsaqdan iftara kimi, başqa sözlə ifadə etmiş olsaq, dan yerinin ağarmasından günəş batana kimi yemək, içmək və cinsi münasibətdən uzaq durmaq formasındakı bir ibadəti ifadə edir. Qeyd etdiyimiz kimi oruc ibadətinin əvvəlki ümmətlərdə də olduğunu Qurani-Kərim bizə xəbər verir. Bəs islamdan öncəki dinlərdə mövcud olan oruc hansı formadadır? Bu ibadət onlarda nə cür həyata keçirilir? Təbii ki, bütün dinlər haqqında və bu dinlərdəki oruc haqqında mövcud mənbələrdən müfəssəl məlumat əldə etmək mümkün olmadığına görə, bu suallara cavab tapmaq üçün burada oruc ibadətinə rast gəldiyimiz dinlərə nəzər salacağıq.

References

  • Qurani-Kərim.
  • Cemal Sofuoğlu, İslam Dini Esasları s. 310-315, İzmir 1996.
  • С. А. Токарев, Религия в истории народов мира s. 448, Москва 1976.
  • Abdurrahman Küçük, Günay Tümer Dinler tarihi, Ankara, 2002, s. 483, 488, 489.
  • Л. А. Сурженко, Религии мира, Буддизм с. 20-21, Минск, Кинижний Дом, 2006.
  • Mehmet Aydın, Dinler Tarihine Giriş s. 63 Konya 2002.
  • Veysel Uyusal, Psiko-Sosyal Açıdan Oruc, s. 4. Ankara 1994.
  • Ekrem Sarıkçıoglu Başlangıçdan Günümüzə Dinler Tarihi s.138-139, İsparta 1999.
  • Ziya Bünyadov Dinlər təriqətlər məzhəblər s.135, Bakı 1997 Azərbaycan nəşiyyatı.
  • Kitabi Mukaddes, (Sayılar XXIX/7). İst. 2004.
  • Qalip Atasağun İlahi dinlerde (Yahudilik, Hıristiyanlık və İslam`da) dini semboller. s.96. Konya 2002.