An Assay on the Way of Realization of Islamic Rules İslamda şəri hökmlərin meydana gəlmə şəklinə dair bir təhlil
Abstract
There are two approach about realization of Islamic rules. First, Islamic text enough for realization of rules. It doesnt mean that other factors besides of texts has not importance. Because this approach requires suitable Islamic ground. Second, realization of Islamic rules depend of some practices.
Hökmlərin meydana gəlmə şəkli deyiləndə əsas etibarilə bir məşruiyyət məsələsi nəzərdə tutulur. Bundan məqsəd hökmlərin dəlillərə bağlanma üslubudur. Texnik cəhətdən hökmlərin qaynaqları açıq şəkildə bilinsə də bu qaynaqlardakı dəlillərin hökmləri meydana gətirməsiylə bağh fərqli fikirlər vardır. Əsas mövzuya keçməzdən əvvəl hökm məfhumu haqqında qısa məlumat vermək məqsədə uyğundur. Əsl mənası qadağan etmək olan hökm kəliməsi fiqh ədəbiyyatında bir çox mənada işlədilir1. Bunlar əsas olaraq dörddür: mühakimə qərarı, idarəetmə səlahiyyəti, bir şeyin digərinə müsbət və ya mənfi isnadı, və fiqh üsulu termini olaraq şariin mükəlləfin fellərinə dair xitabı2 və ya xitabının əsəridir3. Biz burada şariin məcbur etmə və sərbəst buraxma baxımından mükəlləflərin hərəkətlərinə dair xitabı/xitabmm əsəri mənasmdaki fiqh üsulu terminindən bəhsedəcəyik.