XIX əsr Azərbaycan ədəbiyyatında tarixi-vətənpərvərlik mövzulu müxəmməslər Mukhammases on Historical and Patriotic Themes in Azerbaijani Literature of Xix Century Мухаммасы на историческо-патриотические темы в азербайджанской литературе xıx века
Xülasə
Məlum olduğu kimi, XVIII əsr müxəmməsçiliyinin bir xüsusiyyəti də dövrün Şakir Şirvani, Ağa Məsih Şirvani, Şəkili Nəbi, Molla Vəli Vidadi kimi sənətkarlarının həmin janrda tarixi mənzumələr yazdığından ibarətdir. Bu mənzumələr tariximizin müəyyən bir mərhələsinin mənzərəsini əks etdirməklə, müəlliflərin şəxsən gördüklərini yaddaşlarda əbədiləşdirməklə bərabər ibrətamiz xarakter daşıyır. Oxucuda belə bir fikir aşılanır ki, xalqın yaxşı, azad yaşaması üçün buraxılan səhvləri təkrar etmək, nəfsin qulu olmaq, mənsəb, var-dövlət naminə ən ülvi dəyərləri qurban vermək olmaz. Sələflərinin ənənələrini davam etdirən XIX yüzil şairləri də müxəmməs formasında, əslində vətənpərvərlik məzmunlu belə tarixi mənzumələr yazmışlar. Ədəbiyyat tariximizdə tarixi mövzuda, vətənpərvərlik ruhu ilə aşılanmış ən dəyərli əsərlərdən biri XVIII əsrin ikinci yarısı-XIX əsrin əvvəllərində yaşamış “Şair” təxəllüslü Əbdürrəhman ağa Dilbaz oğlunun müxəmməs janrında yazdığı mənzumədir. Tarixdən məlumdur ki, Gəncə xanı Cavad xana xüsusi hörməti olduğuna, Qazax mahalının Gürcüstan tabeliyindən çıxarılaraq Gəncə xanlığı ərazisinə daxil edilməsini istədiyinə görə gürcü çarı II İrakli Əbdürrəhman ağanın gözlərini çıxartdırmışdır (1, s. 259).
In the XIX century mukhammas genre finds its further development in Azerbaijan literature. The circle of those poems written in this genre. Already in the XVIII century, a number of poets have written interesting mukhammases written on a historical theme. In Mukhammas poets of the XIX century can be seen more clearly patriotic motives. Such poets as Abdurrahman aga Shair, Osman Bichara, Mirza Nadeem Bahish described in their historical Mukhammas heroic struggle of Azerbaijanis against the king's invaders. Abdurrahman aga chant heroic death. Jawad Khan during the defense of the city of Ganja. Mudcrim Karim, Andalib Garadcagi, Sadi Sani Garabagi chant in his poems beauty Azerabaydjanian individual regions
Açar Sözlər
müxəmməs, rədif, qoşma, ədəbiyyat, tarix
mukhammas, redif, goshma, literature, history
Referanslar
- Köçərli Firidun bəy. Azərbaycan ədəbiyyatı. İki cilddə. Birinci cild. Bakı: “Elm” nəşriyyatı, 1987, 598 s.
- Qayıbov Hüseyn Əfəndi. Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir. II cild. Bakı: “Elm”, 1989, 284 s.
- Baykara Hüseyn. Azərbaycanda yenileşme hareketleri. XIX yüzyıl. Ankara, 1966, 200s.
- Cəfəroğlu Əhməd. Seçilmiş əsərləri. Bakı: “Mütərcim”, 2008, s. 408 s.
- Beqdeli Qulamhüseyn. Fəzlullah Nəiminin vəsiyyətnaməsi. “Azərbaycan” jurnalı, 1970, №5, s.193-198.
- Mümtaz Salman. Azərbaycan ədəbiyyatı (El şairləri). Bakı: “Nurlan”, 2005, 462 s.
- Azərbaycan tarixi. Yeddi cilddə. Dördüncü cild. Bakı: “Elm”, 2000, 508 s.
- Vardani Mücrim Kərim. Sünbülüstan. Bakı: “Gənclik”, 1978, 80 s.