Hilmi Ziya Ülkənin yaradıcılığında fiqh məsələləri Aytek Zakirqizi (Mammadova) Айтек Закиргызы (Мамедова)
Xülasə
Məqalədə Türkiyənin böyük mütəfəkkiri Hilmi Ziya Ülkənin (1901-1974) yaradıcılığı əsasında fiqh məsələlər xüsusi olaraq işıqlandırılmışdır. «İslam hüququ fəlsəfəsi fiqh elmi ilə başlar» fikrini təqdim edən alim «fiqh» sözünün əsl mənasının bilik və elm demək olduğunu bildirmişdir. Hilmi Ziya Ülkən fiqhin tam bir sistem olduğunu və kəlama istinad etdiyini yazmışdır. Burada müsəlman hüququnun əsaslarını (üsul əl-fıqh) təşkil edən Quran, sünnə, icma və qiyas haqqında məsələləri geniş şəkildə göstərilir. Məqalədə Hilmi Ziya Ülkənin yaradıcılığı əsasında Hənəfilik, Malikilik, Şafiilik, Hənbəlilik kimi daha çox məşhur olan sünni hüquq məktəbləri haqqında məsələlər tədqiq edilir.
In the article investigated the problem of fiqh (Islamic law) in creation of the great Turkish philosopher Hilmi Ziya Ulken (1901-1974). Hilmi Ziya Ulken who introduced his thought that «Philosophy of Islamic law begins with fiqh (Islamic Law)» and he emphasized that «fiqh» are knowledge and science. Hilmi Ziya Ulken emphasized that «fiqh» is systematically subject and it refers to Kelam. He indicates widely the basis of Muslim law which based Koran, Sunna, İjma (commune) and Qiyas (analogy) in this article. Also, in this article investigated legal problems of Sunni law schools – Hanafi, Shafii, Maliki and Hanbali on basis of creativity Hilmi Ziya Ulken.
Açar Sözlər
fiqh, İslam fəlsəfəsi, islam hüququ, hədis, sünnə, məzhəb
fiqh, Islamic philosophy, Islamic law, Hadith, Sunnah, madhhab
Referanslar
- Ülken Hilmi Ziya. İslam felsefesi kaynakları ve tesirleri. Ankara, 1967.
- Ülkən Hilmi Ziya. İslam Düşüncesi. IV. Baskı. İstanbul, 2005.
- Ülkən Hilmi Ziya. Sosyoloji sözlüğü. İstanbul, 1969.
- Məmmədov Zakir. Azərbaycan fəlsəfəsi tarixi. Bakı, 1994.