Məhəmməd Peyğəmbərin (s) təhsil metodları
Xülasə
Müqəddəs kitabımız Qurani Kərim 23 il ərzində nazil olmuş ayələrdən təşəkkül tapmışdır. Xüsusilə buradakı dini hökmlər birdən-birə müsəlmanların üzərinə vacib qılınmamış, Cənab Allah öz bəndələrini bu hökmlərə tədricən alışdırmışdır. Bunu içkinin haram qılınması ilə bağlı hökmün timsalında daha aydın görmək mümkündür. Belə ki, əvvəlcə Məkkədə nazil olmuş ən-Nahl surəsinin 67-ci ayəsində içkidən bəhs edilmiş, onun o qədər də gözəl nemət olmadığı vurğulanmışdır. Bu mövzuda olan ikinci ayə isə Mədinədə nazil olmuşdur. əl-Bəqərə surəsinin 219-cu ayəsində içkinin və qumarın həm faydasız, həm də faydalı yönlərinin olmasına diqqət yönəldilmişdir. Məhz bu ayədən sonra bir çox müsəlmanlar içkinin faydasız olmasını nəzərə alaraq ondan əl çəkmiş, bəziləri isə onun həm də faydalı olmasını əsas gətirərək bu vərdişlərini davam etdirmişlər. Maidə surəsinin 90-91-ci ayələrində isə içkinin tamamilə qadağan olması barədə hökm verilmişdir. Bu zaman əvvəlki ayələrin də təsiri ilə müsəlmanların böyük əksəriyyəti artıq içkini tərk etmişdilər. Yəni, məhz, tədricilik üsulunun köməyi ilə müsəlmanlar üçün bu hökmə tabe olmaq o qədər də çətin olmamışdı.
Globalization, one of the main characteristic problems of modern world’s development has been investigated on the article “The essence of globalization and the national features of globalization strategy of the Azerbaijan Republic” by S.A.Gurbanova, PhD of History, a leader scientist of Institute of History named after A.A.Bakikhanov of ANAS. Possessing the most difficult conditions of joining to the world’s capitalist system, Azerbaijan has stepped into the earliest integration and globalization among the post-soviet countries. Correctly defining the importance of a considerable cause of globalization to world’s strategy, our republic’s entrance to this process for economical development the National Leader Haydar Aliyev succeeded some important achievements. The signing of “Century’s contract”, drawing BTC oil pipe-line and realizing some other projects were a start point for Azerbaijan to join to globalization process. So, Azerbaijan has changed into a strategic zone of the western states becoming a part of world.
Referanslar
- Kandemir, M.Yaşar, Örneklerle İslam Ahlakı, İstanbul, 1987.
- Buхari, Məhəmməd b.İsmayıl, əl-Camiu-Sahih, I-VIII, İstanbul, 1979.
- Müslüm, əl-Camius-Sahih, tərc. M.Sofuoğlu, I-VIII, İstanbul, 1970.
- Bayraktar Faruk, İslam Eğitiminde Öğretmen-Öğrenci Münasebetleri, İstanbul, 1987.
- Əl-Munziri, ət-Təğrir və Tərhib, I, Misir, 1373 hicri.
- Əhməd bin Hənbəl, Müsnəd, V, Qahirə, 1313 hicri.