Articles

Dini qruplar: onlarin tipləri, strukturu və xüsusiyyətləri Religios Groups: Their Types, Structures and Characteristics Религиозные группы: их типы, структуры и характеристики

Asəf Qənbərov Bakı İslam Universitetinin din sosiologiyası müəllimi

Necə istinad edilir

Qənbərov, Asəf , Qənbərov, A , , Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi, Dini qruplar: onlarin tipləri, strukturu və xüsusiyyətləri, 15, 29, 2018, 349-367, 2018

Zotero Mendeley EN EndNote

Xülasə

Bəşəriyyət tarixinin bütün dövrlərində insanlar qruplar və birliklər halında yaşayıblar. Heç bir insan yalnız və cəmiyyətdən təcrid edilmiş şəkildə həyatını davam etdirə bilməz, çünki insan ictimai bir varlıqdır [35, 256]. Ayrı-ayrı fərdlər birləşərək sosial qruplar meydana çıxır. Sosial qruplar isə, öz növbəsində, daha geniş insan birliklərini və ən sonunda bütöv cəmiyyəti meydana gətirirlər. Cəmiyyət hər biri özünəməxsus rolları və funksiyaları gerçəkləşdirən alt qruplardan təşkil olunmuşdur. Bu alt qruplara ailələri, qəbilələri, iqtisadi birlikləri və ya siyasi partiyaları, həmkarlar ittifaqlarını, müxtəlif ortaq hədəflər zəminində birləşmiş qeyri-hökümət təşkilatlarını və s. misal göstərmək olar. Deməli, sosial qrup, birinci növbədə, bir çox insanın toplaşması ilə mümkün hala gəlir.
This article deal with the subject of religious groups according to Sociology of Religion. Religious groups, their different types and characteristics are the important topics of Sociology of Religion. Religious groups generally are smaller and distinct movements within religions and they rarely seek separation from mainstream religious community. They have two main types: natural religious groups and pure religious groups and all these groups have specific beliefs and different practices that have been examined in this article.