Articles
Şeyx Mahmud Şəbüstərinin “Gülşəni-raz” əsərində təfəkkürün tətbiqi tərifi
The Applied Definition of the Thinking in the "Gulshany Raz" of Sheikh Mahmud Shabusteri
Прикладное описание разума в произведении «гюльшани раз» шейха махмуда шабустари
Müəlliflər
- Qadir Hüseynzadə AMEA Əlyazmalar İnstitutu
Şeyx Mahmud Şəbüstəri (1287-1320) cəmi 33 il yaşasa da, zəmanəsinin məşhur alim və şeyxlərindən biri olmuşdur. O, bilik və dünyagörüşünü artırmaq üçün bir çox müsəlman ölkələrini kəndbəkənd, şəhərbəşəhər gəzmiş, həmin yerlərin alimləri və arifləri ilə görüşmüşdür. Panteizmin görkəmli nümayəndəsi olan Şəbüstəri fars dilində yazdığı “Səadətnamə”, “Həqqül-yəqin fi mərifəti-rəbbilaləmin” kimi əsərlərin müəllifidir. Parlaq zəka sahibi olan alimin ən məşhur əsəri nəzmlə məsnəvi şəklində qələmə aldığı “Gülşəni-raz” əsəridir. Şəbüstəri burada sufizmlə bağlı bir sıra mətləbləri açıqlamış və bu əsəri ilə özünə əbədi şöhrət qazandırmışdır. Əsərin əvvəlində alim öncə təfəkkürün mahiyyətini açıqlayaraq bu məsələ ilə bağlı vəhdəti-vücud nəzəriyyəsinə əsaslanan fikirlərini yığcam şəkildə ortaya qoymuşdur. Əsərdəki təfəkkürlə bağlı ilk sualın cavabında o, yazır:
The article has been devoted to the applied definition of the thinking according to Koran’s verses and hadiths in Sheikh Mahmud Shabusteri’s "Gulshany raz". At the same time, what is of concern here is the moral and poetical value of the thought system of Sh.M.Shabustari through which we can know and understand the doctrine of mysticism.
Статья посвящена прикладному описанию разума на основании стихов Корана и хадисов в произведении «Гюльшани раз» Шейха Махмуда Шабустари. Заодно речь идет в целом о духовных и поэтических ценностях творчества поэта философа Ш.М.Шабустари, с помощью которого можно познать и понимать учения суфизма.
Referanslar
Endirin
Məqalə Məlumatları
- Məqalə Növü Articles
- Təqdim Edildi aprel 30, 2011
- Yayımlanıb aprel 30, 2011
- Nömrə № 15(15) Aprel 2011
- Bölmə Articles