Akademik Vasim Məmmədəliyevin Azərbaycan şərqşünaslıq elminin inkişafındakı xidmətləri Akademik Vasim Məmmədəliyevin Azərbaycan şərqşünaslıq elminin inkişafındakı xidmətləri 1The Contributions of Academic Vasim Mammadaliyev to the Development of Azerbaijani Oriental Studies Вклад академика Васима Мамедалиева в развитие востоковедения Азербайджана
Öz
Azərbaycan şərqşünaslıq elminin inkişafı XX əsrin ortalarına təsadüf edir. Şərqşünaslıq elminin mühüm sahəsi olan ərəbşünaslığın Azərbaycandakı banisi professor Ələsgər Məmmədovdur (1). Doğrudur, Azərbaycan xalqının İslam dinini ilkin dövrlərdə qəbul etməsi nəticəsində xalqımız islam mədəniyyətilə yaxından tanış olmuş və Qurani-Kərimin dili ərəb dili olduğundan bu dilə böyük rəğbət göstərmişdir. Azərbaycanda ərəbşünaslığın hərtərəfli və kifayət qədər uğurlu inkişafı İslamın yaranmasından başlayaraq bu günümüzə kimi onun ərəbdilli ölkələrlə çoxəsrlik münasibətləri ilə müəyyən olunmuşdur. Hələ İslamın yaranması dövründə ərəblər iyirmi il ərzində qonşu dövlətlərin iqtisadi və siyasi geriliyindən bacarıqla istifadə edərək Bizans İmperiyasının tərkibində olan ölkələrin əksər ərazilərini işğal etdilər və İranın müstəqil siyasətinə son qoydular. Əbəs deyildir ki, islam ilahiyyatının müxtəlif sahələrinə aid yazılmış bir çox mənbələr məhz mənşəcə azərbaycanlı olan alimlər tərəfindən qələmə alınmışdır. Məsələn, IX-X əsrlərdə yaşamış bir çox azərbaycanlı müəlliflər hədis elminə aid ərəbcə onlarla fundamental əsərlər yazaraq Quranla yanaşı ilahiyyat elminin əsası olan hədisşünaslığı inkişaf edib zənginləşdirmişlər. Şübhəsiz ki, onların yazdıqları bu əsərlərin hamısı ərəbcədir.

Vasim Mammadaliyev as a scholar by his reputation and activity has taken forward Arab studies in Azerbaijan, which influenced and is influencing the cultural and scientific relation between Azerbaijan and Arab countries. V.Mammadaliyev’s activity in this field helps Azerbaijan Republic to be better known on the East and worldwide providing information about scientific potential and thinking power of talents of our country.
Referanslar
- http://orient.bsu.edu.az/az/content/kafedralar_2.
- Qoşqar Səlimli, İslamın ilk dönəmlərində bəzi azərbaycanlı mühəddislər, BDU-nun elmi məcmusəi, № 4, sentyabr, 2005.
- Naxçıvani Nemətullah bin Mahmud, əl-Fəvatihül-ilahiyyə vəl-məfatihül-ğay- biyyə əl-muvazzahatu lil-kəlamil-Quraniyyə vəl-hikəmil-fürqaniyyə, daru Astana, C. I-II, Üsküdar-İstanbul, 1323h/q.
- Quran. Tərcümə və şərh İ. Kraçkovski. Redaktoru V. Belyayev, birinci nəşri. [Giriş V. Belyayev və P.A.Qryaznevic], Moskva, 1963.
- Şüyxülislam Allahşükür Paşazadə, Quranın təfsiri və tərcüməsi tarixi, Bakı-1998, 295 səh.