İslamda qadın haqları İslamda qadın haqları Women's Rights in Islam Права женщин в исламе
Öz
İnsan hüquqları probleminə, cəmiyyətdə müxtəlif qrupların, cinslərin qarşılıqlı münasibətlərinə dair müzakirə və mübahisələr ən qədim tarixə malikdir. Bu məqaləmizdə bütün dövrlərdə aktual olan qadın hüquqları, qadın-kişi bərabərliyi məsələsini İslam dini mövqeyindən təhlil edəcəyik. İslamın qadına verdiyi dəyəri öyrənmək üçün əvvəlcə İslamdan əvvəlki cəmiyyətlərdə qadının mövqeyini tədqiq etmək lazımdır. Belə ki, Qərb mədəniyyətinin əsas mənbələrindən biri olan Qədim Yunanıstanda qadın bazarda alınıb satılan, hüquq və azadlıqlardan məhrum, heç bir dəyəri olmayan varlıq vəziyyətində idi. Qərb mədəniyyətinin digər mənbəyi olan Romada da vəziyyət fərqli deyildi. Ailənin başçısı ailə üzvləri üzərində tam hakimiyyətə malik idi, arvadının edamına belə hökm verə bilirdi. Ailə üzvləri “ailənin daimi üzvləri” və “müvəqqəti ailə üzvləri” qismində iki qrupa ayrılırdı. Müvəqqəti ailə üzvlərini qız övladlar təşkil edirdi. Ataları öldüyü təqdirdə böyük qardaşlarının ixtiyarında olurdular. Ailə qurduqları zaman ərlərinin ixtiyarında olar və öz ailələri ilə olan əlaqələri tamamilə kəsilərdi. Boşanmaq hüquqları yox idi və ərlərinin evində heç nəyə sahib ola bilməzdilər. Qədim Hind hüququnda da qadının heç bir hüququ yox idi. Hətta yaşamaq hüququ belə ərinin ömrü ilə məhdudlaşırdı. Hind adətlərinə görə, əri arvadından əvvəl ölən qadın kişinin bir hissəsi kimi onunla birlikdə yandırılırdı. Yəhudilikdə qadın lənətlənmiş olaraq qəbul edilmiş və bütün qadınlar günahkar hesab edilmişdir.

The article carries out a comparative analysis of the role and status of male and female in pre-Islamic and Islamic societies; discloses importance attached by Islam to female, refers to ayahs from Koran and Prophet’s dicta that throw light on the subject. It emphasizes that distinctions between individuals are specified in Islam not by sex differences but by other criteria. Thus, principal criteria are not sex differences, physical or social status, property factor, etc. but a specific spiritual mission performed by man in the matter of faith and convictions.
Referanslar
- Z.M.Bünyadov, V.M.Məmmədəliyev, Qurani-Kərim, Çıraq, 2005.
- Ahmed ibn Hanbel, Müsned.
- İbn Kayyim, Tuhfe.
- Sünen-i Tirmizi.
- Sünen-i Ebu Davud.
- M.F.Nebhan, İslam anayasa ve idare hukukunun genel esasları (terc.: Prof., Dr. Servet Armağan), İstanbul,1980.
- Mevdudi, İslamda hükumet (çeviren: Ali Genceli), Hilal Yayınları, Ankara (?).
- Abdülkerim Osman, İslamda fikir ve inanç hürriyeti (terc.: Ramazan Nazlı), İstanbul.
- Sahih-i Müslim.
- Sahih-i Buhari.
- Malik b. Enes, Muvatta.
- Rıza Savaş, Raşid Halifeler Devrinde Kadın, İstanbul, 1996.
- Sünen-i İbn-i Mace.
- Haydar Baş, İslamda qadın hüquqları, Bakı, 2006.
- Celal Erbay, Çocuk hukuku, İstanbul, 1992.