İslamda tövbə və Nizaminin “Naümid padşahın bağışlanması dastanı” İslamda tövbə və Nizaminin “Naümid padşahın bağışlanması dastanı” Repentance in Islam and Nizami's Tale of the Forgiveness of the Hopeless King Покаяние в исламе и легенда о прощении падишаха в "Наумиде" Низами
Öz
Bildiyimiz kimi, dahi şairimiz Nizami Gəncəvinin ilk irihəcmli əsəri “Sirlər xəzinəsi” dir. Bu əsər Yaxın və Orta Şərq ədəbiyyatında didaktik poema janrının ən qiymətli nümunəsidir. Poema müxtəlif məsələlərə həsr edilmiş 20 məqalət və bu məqalətləri epik lövhələrlə əks etdirən 20 kiçik hekayətdən ibarətdir. Bura daxil olan hekayələrdən biri də “Naümid olub sonra bağışlanan padşahın dastanı” dır. Əsərin məzmunundan da anlaşılır ki, etdiyi zülmlərdən qorxuya düşərək narahatlıq çəkən zalım bir padşah uzun müddət yuxuda öz vicdanı ilə söhbət edir. Lakin şair hekayədə bunu iki hökmdar surəti ilə göstərmişdir. Hökmdarlardan biri yaşayır, digəri isə dünyasını dəyişmişdir. Sağ olan padşah etdiyi pis əməllərin iztirabını daşıyaraq düşünür ki, görəsən bu pis işlərinin müqabilində axirətdə hansı cəzanı çəkəcək. Həmin şah bir gün yuxusunda zalım bir padşah görür. Zalım padşahdan halının necə olduğunu soruşur. Yuxuda gördüyü həmin zalım padşah öz halını danışır, öyrənir ki, bu padşah hökmdar olduğu zaman nahaq qanlar tökmüş, evlər yıxmış, xalqına amansız zülmlər etmişdir. Ölüm yaxınlaşanda, ömrünün son anlarında anlayır ki, xalqında ona qarşı sevgi, şəfqət, mərhəmət hissi qalmayıb, əksinə hər kəs ona qarşı kin, nifrət bəsləyir. Bütün bunları gördükdən sonra etdiyi əməllərin, gördüyü işlərin yanlış olduğunu gec də olsa anlayır. Beləliklə də Allaha doğru yönəlir, tövbə edərək bağışlanma diləyir. Sonda isə yaradan tərəfindən bağışlanılır.

In the article named Repentance in Islam and Nizami’s “Epic of fail king’s pardon” have been explained the concepts of guilt and remorse. Analysis and comments on a variety of issues have been clarified on the basis of a person to sin. At the same time, acknowledge and repent of the sins of all of the specified processes were noted.
Referanslar
- Qurani-Kərim məali. (Azərbaycan dilinə tərcümə edənlər: Z.M.Bünyadov, V.M.Məmmədəliyev), Bakı, “ İpək yolu nəşriyyatı”, 2007.
- Sirlər xəzinəsi. Nizami Gəncəvi. (Tərcümə edən: Xəlil Rza Ulutürk), Bakı, “Lider nəşriyyat”, 2004.
- Qırx hədisin şərhi, Ruhullah Əl-Musəvi. “Darul-Quran”, 2000.
- Muttefekun aleyh hadisler, Muhammed Fuad Abdülbaki. Konya, “Hüner yayınları”, 2004. səh 566, N 1831.
- Nəhcul-bəlağa, 1271: hikmət: 409.
- Peygamberler tarihi I-II, M.Asım Köksel, Ankara, Turkiye diyanet vakfı, 2007.
- Anahtarlarıyla Tasavvuf ve tarikatlar, Hasan Kamil Yılmaz. İstanbul, “Ensar neşriyat”, 2007.
- www.enfal.de.
- www.dinimizislam.com.
- www.derszamani.net.
- www.al-shia.org.