Din və incəsənətin qarşılıqlı nisbəti milli və qlobal münasibətlər baxımından Reciprocal Correlation of Religion and Fine-Art From National and Global Relations Point of View Взаимоотношения религии и искусства в свете национальных и глобальных отношений
Xülasə
Sürətlə qloballaşan dünyamızda siyasi, iqtisadi, humanitar problemlərlə bir sırada mənəvi mədəniyyətlər arasında münasibətlər də son dərəcə aktualdır. Belə düşünmək daha məntiqli olardı ki, müasir elmi-texniki tərəqqinin dünyanı birləşdirdiyi, demokratik dəyərlərin getdikcə geniş miqyasda bərqərar olduğu, qarşılıqlı təmas və sırf insani münasibətlərin əvvəlki tarixi dövrlərə nisbətən sürətlə dərinləşdiyi indiki zamanda müxtəlif dinlər, onların daxilindəki təriqətlər, ideoloji baxışlar, bədii mədəniyyətlər arasında münasibətlərdə də köklü humanistləşmə və yaxınlaşma baş verəcək, orta əsrlərə xas qarşılıqlı irad, ittiham və hücumlara yer qalmayacaq. Lakin, bir tərəfdən, bəşəriyyəti ikiyə bölüb qarşılıqlı məhv savaşına sürükləyən, digər tərəfdən isə, faşizm bəlasına qarşı bütün tərəqqipərvər insanları vahid məxrəcdə birləşdirən ikinci dünya müharibəsindən üzü bəri baş verən hadisələr, o cümlədən, bədii mədəniyyət və dini münasibətlər sahəsində cərəyan edən proseslər tarixdən lazımi ibrət götürülmədiyini söyləməyə əsas verir. Günümüzün ictimai-siyasi hadisələrinin, xüsusən də regional və ya lokal konfliktlər adlandırılan münaqişələrin təhlili göstərir ki, burada ərazi, iqtisadi, sosial, siyasi ziddiyyətlərlə yanaşı dini fərqlər də qabardilib önə çəkilir, ədavəti daha təsirli etmək üçün incəsənətin müxtəlif növ və janrlarından bol-bol istifadə edilir. Burada, əlbəttə, ictimai şüurun iki müstəqil formasi kimi din və incəsənət arasında mürəkkəb əlaqənin tarixi ənənəsi də mühüm rol oynayır.
The article has been dedicated to complicated relations between religion and art. Recent situation of these kinds of morbid problems of civilization is analyzed on the base of concrete facts. Negative effects of wide globalization of international relations on national spiritual fortune, religious and literal values underlined in the article. The necessity of collaborative struggle against such problems is mentioned as well.
Açar Sözlər
Din, incəsənət, fəlsəfə, mədəniyyətlərarası münasibətlər, dini dəyərlər
Religion, art, philosophy, intercultural relations, relizions vales
Referanslar
- Sovet Sosialist Respublikaları İttifaqının Konstitusiyası. Bakı: Azərnəşr, 1983, 50 s.
- Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyası. Bakı: Azərnəşr, 1984, 60 s.
- Sovet İttifaqı Kommunist Partiyasının Nizamnaməsi. Bakı, Azərnəşr, 1968, 56 s.
- Sovet İttifaqı Kommunist Partiyasının Proqramı. Bakı, Azərnəşr, 1986, 95 s.
- Məmmədov M.Ə. İncəsənət və din. Bakı: Gənclik, 1971, 145 s.
- Xəlilov Q. V.İ. Lenin və ədəbiyyat məsələləri. Bakı: Elm, 1970, 160 s.
- Balayev M.A. İslam və onun ictimai-siyasi həyatda rolu. Bakı: Azərnəşr, 1991,152 s.
- Тейяр де Шарден П. Феномен христианства // Глобальные проблемы и общечеловеческие ценности. М.: Прогресс, 1990, с. 98-105.
- Левинас Э. Философское определение идеи культуры // Глобальные проблемы и общечеловеческие ценности. М.: Прогресс, 1990, с. 86-97.
- Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər. Bakı: Əbilov, Zeynalov və oğullar NPE, 2007, 400 s.
- Məmmədəliyev V. M. Ön söz // Qurani-Kərim, Bakı: Azərnəşr, 1992, s. V- XXXII.
- Əliyev İ. Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində çıxışı. “Xalq qəzeti”, 2012, 16 avqust.
- Qurani-Kərim / Ərəb dilindən tərcümə edənlər Z.Bünyadov və V.Məmmədəliyev. Bakı: Azərnəşr, 1992, 714 (32) s.