“Folklor” konseptinə “Din-folklor” münasibətləri kontekstində baxış

The View to the Consept of “Folklore” in the Context of “Religious Folklore” Relationships

Взгляд на концепт «фольклор» в контексте отношений «религия-фольклор»

Müəlliflər

  • Qalib Sayilov fil.ü.f.d.. Dosent, AMEA Folklor İnstitutu
Folklor və din biri-biri ilə xüsusilə qeyd etdiyimiz ikinci amilin əhatə etdiyi məna sahəsində əlaqələnir. Bu əlaqə mürəkkəb struktura malikdir. Tədqiqatda əldə etdiyimiz qənaətlərə görə, folklor mifologiya və din kimi ictimai şüur konseptdir. Mifologiya ictimai şüurun başlanğıc mərhələsidir, folklor mifoloji şüurdan tarixi şüura keçid prosesində ondan üzvlənir. Folklor, ümumən, etnokosmik düşüncə modeli, bədii özünüifadə və davranış kodudur. O, mifologiyadan üzvlənsə də, onun yalnız davamı kimi meydana çıxmır: mifik düşüncənin şifahiliyi, ənənəviliyi, kollektivliyi folklorun onda daim “rüşeym” halında mövcudluğundan xəbər verir. Din yaradılış ideologiyası, dünyagörüşü və sosialmədəni davranış sistemi kimi folklorla sıx bağlıdır. Vəhy dinləri ilahi-kanonik hadisədir. Vəhy mətnlərinin şifahi təhkiyə ilə təbliği onun folklorlaşdığı səviyyəni təşkil edir.
Folklore and religion specially relate in the meaning filed of the second mentioned factor. This relation has a complex structure. According to the results of the investigation, folklore is a social consciousness concept like mythology and religion. Mythology is the initial stage of the social consciousness, folklore comes from it in the transforming process from mythology consciousness to the historic consciousness. Folklore, generally, is an ethnocosmic thought model, artistic expression and behavior code. Though it comes from mythology it doesn’t appear as its continuation: the verbal, traditional character, collectivism of the mythic thought inform the existence of folklore in it in the form of “embryo”. Religion deeply closed with folklore as a creation ideology, outlook and social cultural behavior system. Revelation religions are divine-canonical events. The propaganda of the revelation texts verbally form the level which they turned to folklore.
Фольклор и религия взаимосвязаны, в особенности в области, охватывающие значения вышеуказанного второго фактора. Эта связь обладает сложной структурой. В результате исследования мы пришли к выводу, что фольклор, как и мифология и религия, является концептом общественного сознания. Мифология – начальная стадия общественного сознания, а фольклор разделяется от него в процессе перехода от мифологического мышления к историческому. Фольклор, в общем, является моделью этнокосмического мышления, и художественным кодом самовыражения и поведения. Несмотря на то, что он разветвлен от мифологии, он является не только его продолжением: устность, традиционность, коллективность мифического сознания говорит о постоянном обладании в нем фольклора в виде «зародыша». Религия как идеология сотворения, мировоззрения и система общественно-культурного поведения тесно связана с фольклором. Религии откровения являются божественно-каконическими явлениями. Пропаганда текстов откровений устным пересказом составляют уровень его фольклоризации.

Bayat F. Folklor haqqında yazılar (nəzəri məsələlər). Bakı: Elm və təhsil, 2010, 224 s.

Xavəri S., Quliyev H., Qarayev S. Folklorun funksional strukturu: multidissiplinar kontekst. Bakı: Elm və təhsil, 2016, 496 s.

İsmayılov H. Folklor: aksiom və absurd arasında Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər, XX kitab. Bakı: Səda, 2006, s.

Qarayev S. Mifin tarixə müdaxiləsi: 21 dekabr 2012-ci il. Bakı: Sabah, 2018, 204 s.

Rzasoy S. Azərbaycan gülüşü etnik özünüifadə kodu kimi Muxtar Kazımoğlunun yaradıcılığında // “Dədə Qorqud” jur., № 2, 2006, s. 155-164.

Rzasoy S. Mifologiya və folklor: nəzəri-metodoloji kontekst. Bakı: Nurlan, 2008, 188 s.

American Folklore Society www.afsnet.org.

Amos D.B. Toward a Definition of Folklore in Context, in Americo Parades and Richard Bauman, eds. Toward New Perspectives in Folklore. Austin: University of Texas Press for the American Folklore Society / American Folklore Society www.afsnet.org.

Botkin B.A. Treasury of American Folklore // American Folklore Society www.afsnet.org.

Brunvand J. The Stady of Amerikan Folklore: An Introduction, 2-nd edition. New York: W.W.Norton, 1978 // American Folklore Society www.afsnet.org.

Ives E.D. Joe Scott, the Woodsman-Songmaker. Urbana: University of Illinois Press, 1978 // American Folklore Society www.afsnet.org.

Ümumilikdə 11 istinad var.

Endirin

Məqalə Məlumatları

  • Məqalə Növü Articles
  • Təqdim Edildi iyun 30, 2018
  • Yayımlanıb iyun 30, 2018
  • Nömrə № 29(29) İyun 2018
  • Bölmə Articles
  • Fayl Yükləmələri 9
  • Abstrakt Baxışlar 38
  • Paylaş
Endirmə datası hələ yoxdur.