Articles

İlk sivilizasiyaların təşəkkülü məsələsinə dair (sosial-fəlsəfi təhlil) Hajiyev Rovshan Sabir to the Question of the Formation of the First Civilizations (Socio-Philosophical Analysis) Гаджиев Ровшан Сабир оглы К вопросу становления первых цивилизаций (социально-философский анализ)

Rövşən Sabir oğlu Hacıyev AMEA Fəlsəfə İnstitutu “İdrak nəzəriyyəsi” şöbəsi

Necə istinad edilir

Hacıyev, Rövşən Sabir oğlu , Hacıyev, R , , Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi, İlk sivilizasiyaların təşəkkülü məsələsinə dair (sosial-fəlsəfi təhlil), 15, 29, 2018, 97-106, 2018

Zotero Mendeley EN EndNote

Xülasə

Bəşəriyyətin intellektual inkişafının və ya tarixi prosesin ən maraqlı və eyni zamanda araşdırılası problemləri ilə zəngin olan mərhələsi ilk sivilizasiyaların təşəkkülü dövrünə təsadüf edir. İlk növbədə onu qeyd etmək lazımdır ki, hazırkı məqalədə sivilizasiya dedikdə mədəniyyətin müəyyən inkişaf səviyyəsi deyil, insanların özünüindentifikasiya etdikləri ən böyük etnomədəni sistem başa düşülür. Bu baxımdan tərəfimizdən sivilizasiyanın aşağıdakı tərifini ifadə etmək məqsədəuyğun olardı: sivilizasiya müəyyən coğrafi ərazidə əsrlər boyu yanaşı yaşayaraq ortaq dəyərləri (ilk növbədə dini inancları və dünyagörüşünü) formalaşdırmış müxtəlif tipli sosial qrupların və institutların mədəni birliyi olub, identifikasiya əsasında onu təşkil edən insanların özlərini digər analoji birliklərin üzvlərindən fərqləndirə bildiyi ən böyük etnomədəni sistemə deyilir (etnomədəni sistemlər haqqında daha ətraflı bax: 2; 5).
The article studies the reasons for the formation of the first civilizations in the history of mankind. Various views of specialists on the topic are considered and critically analyzed. It is revealed that the attempt to justify the appearance of the first civilizations on the basis of external factors (economic, ecological, etc.) does not give a consistent answer to the essence of the matter. It is shown that this issue finds its justified solution based on the internalist approach, when the intellectual development of mankind is the main factor in the emergence of the first civilizations.