Articles

Füzulidə eşq Love in the Poetry of Fuzuli Любовь в творчестве Физули

V.M. Məmmədəliyev Akademik

Necə istinad edilir

Məmmədəliyev, V.M. , Məmmədəliyev, V , , Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi, Füzulidə eşq, 15, 29, 2018, 7-20, 2018

Zotero Mendeley EN EndNote

Xülasə

Füzulidə eşq mövzusuna bilavasitə keçməzdən əvvəl islam təsəvvüfündə, ürfan elmində eşqin mahiyyəti, həqiqi eşq, məcazi eşq, ilahi eşq, insani eşq mövzuları barədə bir qədər müfəssəl məlumat vermək zəruridir. Әks təqdirdə, Şərqin digər böyük mütəsəvvifləri, ürfan sahibləri kimi Füzuli eşqini də başa düşmək qeyri-mümkündür. Eşq sarmaşıq mənasına gələn “işq” ərəb sözünün dilimizdə tələffüz şəklidir. Sarmaşıq sarıldığı yeri nə cür bürüyüb qaplayırsa, eşq də girdiyi qəlbi, daxil olduğu insanının bədənini, bütün vücudunu eləcə bürüyüb qaplayır. Eşq məhəbbətin sevəni qaplaması, bütün vücuduna yayılması, onun bütün varlığını sarmaşıq budaqları kimi bürüməsidir. Eşq insanı haqqa gətirən yoldur. O, alçaq şəhvani hisslərdən, keçici həvavü həvəsdən, şan-şöhrət, yüksək məqam əldə etmək məqsədlərindən uzaqdır olar. İstər məcazi, təmiz insanı eşq olsun, istərsə də Allah-Təala ilə bəndə arasındakı həqiqi eşq dərəcəsinə çatsın, nəticəsi eynidir. Həqiqətə məcaz körpüsündən keçib yetişildiyinə görə məcazi, eşq- bir daha qeyd edirik, - əgər o keçici hisslərdən, heyvani duyğulardan, şəhvəti söndürmək meyllərindən uzaqdırsa, gec-tez insanı öz mövlasına, öz Xaliqinə, Tanrısına qovuşduracaqdır.
It could be concluded that in the initial stage of Fululi′s poetry,his poems were dedicated to human love, but in the next stages, divine love prevailed over his poems. In this way, the genius poet reached the truth by crossing the metaphorical bridge. This very characteristics of Fuzuli’s works, has endeared his poetry to readers over the centuries.