Mədəniyyətlərarası dialoq ümumbəşəri dəyərlər sistemi kimi Intercultural Dialogue and Universal System of Values Межкультурный диалог и универсальная система ценностей
Xülasə
XX əsrin sonlarında qlobal miqyasda baş vermiş bir sıra hadisələr dünyanın siyasi-iqtisadi və mədəni mənzərəsini sürətlə dəyişməkdədir. Dünya mənzərəsini dəyişmək gücündə olan belə hadisələrə misal olaraq: sovet imperiyasının dağılması və “soyuq müharibənin” başa çatması; informasiya-kommunikasiya texnologiya-larının sürətli inkişafı və sosial şəbəkələrin yaranması; mahiyyətcə obyektiv-tarixi proses olan qloballaşmanın daha da sürətlənərək keyfiyyətcə yeni mərhələyə daxil olması və s. göstərə bilərik. Tarixi təcrübə göstərir ki, dünya mənzərəsinin dəyişməsi heç də sadə proses olmayıb, müəyyən və qeyri-müəyyən kataklizmlərlə müşayiət olunur. Bu həm siyasi, həm iqtisadi sahələri əhatə etsə də, daha çox problemlər mədəni sahədə yaşanır. Belə ki, yuxarıda əksini tapmış hər üç hadisə milli sərhədlərin şəffaflaşmasına (ən azı mədəni anlamda), ayrı-ayrı hallarda millətlər, daha ümumi hallarda isə sivilizasi-yalararası münasibətlərin mürəkkəbləşməsini şərtləndirir. Hələ 1992-ci ildə yazılan “Sivilizasiyaların toqquşması” adlı məqaləsində S.Hantinqton qeyd edirdi ki, əgər indiyə qədər dünya düzəni müəyyən ideologiyalar (1945-ci ilə qədər liberalizm, kommunizm və faşizm, sonra isə liberalizm və kommunizm) arasındakı balans üzərində qurulurdusa, indi dünya düzəni sivilizasiyalararası münasibətlər çərçivəsində bərqərar olur.
This article investigates the role of universal values on inter-civilizational dialogue in modern conditions. First of all, the globalization and global informationalization, which define the social-cultural attitude of age, as civilization and universal values. It is pointed out despite the fact that each content of civilizations shapes some factors; the core of it is established by social-cultural sphere. The sphere contains certain system of value, which supplies specifically. Therefore, the dialogue of civilization transfers into values.
Açar Sözlər
cəmiyyət, mədəniyyət, sivilizasiya, qloballaşma, dialoq, ümumbə-şəri dəyərlər
society, culture, civilization, globalization, dialogue, universal values
Referanslar
- Mehdi S. Sivilizasiyalararası dialoq və islam amili // Hikmət jurnalı, №7. Bakı: Nafta-Press, 2005, s. 62-74.
- Тойнби А.Дж. Цивилизация перед судом истории. Москва: Айрис-Пресс, 2002, 588 с.
- Хантингтон С. Столкновение цивилизаций и преобразование мирового порядка / Новая постиндустриальная волна на Западе. Москва: “Academia”, 1999, 631 с.
- Чумаков А.Н. Ценности общечеловеческие / Глобалистика: энциклопедия. Москва: Изд.-во «Радуга», 2003, 1328 с.
- Яковец Ю.В. Глобализация и взаимодействие цивилизаций. Москва: «Экономика», 2003, 441 с.
- Мотрошилова Н.В. Рождение и развитие философских идей: Ист.-филос. Очерки и портреты. Москва: Политиздат, 1991, 464 с.
- Проблемы мира и социального прогресса в современной философии. (Под соавт. Григорьян Б.Т. Загладин В.В. Фролов И.Т.) Москва: “Политиздат”, 1983, 320 с.
- Хантингтон С. Столкновение цивилизаций / Вся политика. Хрестоматия. Москва: Европа, 2006, с. 371-381.