Qurani-Kərimdə işlədilmiş fars sözləri Persian Words Used in the Quran Персидские слова, использованные в Коране
Xülasə
Qurani-Kərimi tədqiq edən dilçilərin diqqətini həmişə bir məsələ özünə cəlb etmiş və etməkdədir. Bu, Quranda qeyri-ərəb mənşəli sözlərin olub-olmaması məsələsidir. Belə ki, Quranın ümumilikdə ərəbcə olduğu heç bir şübhə doğurmasa da, onda bir sıra alınma sözlərin olduğu mübahisəli məqamlardandır. Hələ orta əsrlərdən başlayaraq bu günümüzə qədər bu məsələdə dilçilər iki fərqli fikir irəli sürməklə bir-birinə zidd olan iddialarla çıxış etmişlər. Onların bir qrupu Qurani-Kərimdə qeyri-ərəb mənşəli sözlərin olduğunu birmənalı şəkildə inkar edir. Bu qrupun başında İmam Məhəmməd ibn İdris əş-Şafei (hicri 204-cü ildə vəfat etmişdir), Əbu Übeyd əl-Qasim ibn Səlam (vəfatı hicri 210), Təbəri (vəfatı hicri 310) kimi tanınmış simalar durur. Bu dəstə Quranın açıq-aydın ərəb dilində nazil olduğunu göstərən ayələrə istinad edərək bu müqəddəs kitabdakı bütün sözlərin sırf ərəb mənşəli olduğu qənaətinə gəlmişlər. Onların fikrincə Qurandakı qeyri-ərəb mənşəli olduğu iddia edilən sözlər ya ərəb dilində olub digər dillərə də sirayət etmiş, yaxud da bu cür sözlər Sami dillər ailəsinə mənsub bütün dillərdə, ya ən azından bir neçəsində müştərək olaraq işlədilmişdir ki, hər iki halda belə sözləri alınma sözlər adlandırmaq düzgün olmaz.
In this article used some persian words in Holy-Koran are investifated. First of all here besides investigatating the problem of borrowing, a comprenensive information is also given about the persian words used in our Holy-Korane. Having taken into consideration the problem of statistical indicatory are shown in which “surah” and “ayah” in persian words are used in Holy-Koran.
Açar Sözlər
Dilçi, alınma söz, ərəb sözü, ərəb olmayan söz
Linguist, borrowed word, arabic word, non-arabic word
Referanslar
- Qurani-Kərim (ərəb dilində), əl-Mədinə əl-Munəvvərə, 1420 h.q.
- Akademik V.M.Məmmədəliyev, akademik Z.Bünyadov, Qurani-Kərimin tərcüməsi, Bakı, Qismət, 2010.