Articles

Mədəni sosiallaşma və mentalitet: nəzəri-metodoloji məsələlər Cultural Socialization and Mentality: Theoretical and Methodological Problems Культурное социальность и менталитет: теоретикаметодологические вопросы.

Sahibə Hidayət qızı Əliyeva Bakı Dövlət Universitetinin Sosial fəlsəfə kafedrasının dissertantı

Necə istinad edilir?

Əliyeva, Sahibə Hidayət qızı , Əliyeva, S , , Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi, Mədəni sosiallaşma və mentalitet: nəzəri-metodoloji məsələlər, 9, 17, 2012, 95-106, 2012

Zotero Mendeley EN EndNote

Xülasə

Son araşdırmalar göstərir ki, şəxsiyyətin mədəni sosiallaşması prosesi, bununla bağlı onun mentalitetində baş verən mühüm dəyişikliklər hazırda tədqiqatların aktual problemlərdən birinə çevrilmişdir. Ən ümumi şəkildə sosiallaşma fərdin konkret cəmiyyətdə uğurlu fəaliyyəti üçün zəruri olan davranış nümunələrini, psixoloji mexanizmlərin, sosial norma və dəyərlərin mənimsənilməsi prosesidir [11,3-21]. Cəmiyyətin sosiomədəni inkişafı baxımın-dan bu fenomenin mühüm formalarından biri mədəni sosiallaşmadır. Mədəni sosiallaşma fərdin öz təcrübəsində sosial təcrübəni, sosial əlaqələr və münasibətlər sistemini mənimsəməsi və fəal təkrar istehsal etməsi prosesidir. Bu, vəziyyətin cəmiyyət və sosiomədəni həyatın labüd hissəsi, mədəniyyət subyektinin təşəkkülü və inkişafının universal faktorudur [7]. Tədqiqatçı A.V.Lukovun fikrincə, müxtəlif sosiallaşma tipləri içərisində mə-dəni sosiallaşma inteqrasiya edən və ümumi sosiallaşma prosesinə əsas istiqamət verən fenomendir [15]. Mədəni sosiallaşma cəmiyyətin daim ötürdüyü və fərdin bütün həyat boyu insitutlarm vasitəsilə (dil kommunikasiya vasitəsi kimi, oyun fəaliyyəti, təhsil, KİV) mədəni dəyərlərin, davranış normalarının mənimsədiyi prosesdir. Digər tərəfdən, mədəni sosiallaşmanı dərk etmək baxımından Amerika sosial etnoloqu A.Kardinerin irəli sürdüyü kateqoriya mühüm əhəmiyyət kəsb edir. Onun fikrincə, hər bir mədəniyyətdə, həmin mədəniyyətin formalaşdırdığı bir dominant şəxsiyyət tipi mövcuddur. O, bunu mövcud mədəniyyətin əsas şəxsiyyət strukturu olan baza şəxsiyyəti adlandırır [8, 62].Baza şəxsiyyəti meyillər, təsəvvürlər, başqa adamlarla əlaqələr vasitəsidir. Məhz bu keyfiyyətlər şəxsiyyətə müəyyən mədəniyyəti maksimum qazanmaq qabiliyyətlərini verir və müəyyən nizam çərçivəsində qane olmağa və sabit olmağa imkan verir, yəni baza şəxsiyyəti müəyyən mədəniyyətdə həyatın fundamental reallıqlarına uyğunlaşmasıdır. Bunsuz, bizcə, mədəni sosiallaşma tam dolğunluğu ilə mümkün deyil.
The article deals with the national outlook to life, the active socialization of youth in culture, the new outlook of our state about the political problems of youth from the point of vein of the healthy elements in their mentality.

Açar Sözlər

Sosiallaşma, kommunikasiya, Adaptasiya, Akkulturasiya
communication, adaptation, accultenation, incultenation

Referanslar

  • Андреева Г. М. Социальная психология. М. Аспект – Пресс 1996. 366c.
  • Буротин Д. Американцы: колониальный опыт. М.: Прогресс, 1993, 247 с.
  • Большая Российская Энцклопедия. М. 2004, Т. 1. 608 с.
  • Беррй Ж.W./ Ыммигратион, аъъултуратион анд адаптатион // Апплиъа псиъщолоэй: ан интернатионал ревива .1997. Вол. 46(1) п.7.
  • Грушевичкая Т.Г., Понков В.Д, Садохин А.П. Основы межкультурной коммуникации. М. ЮНИТИ – ДАНА. 2002. 352 с.
  • Круглова Л.К.Дефицит культур: пути преодоления. Л.: Знание, 1990, 16 с.
  • Культурология. Большой тольковый словарь. М.: ВЕГЕ. АКТ, 2003, 380 с.
  • Леви-Стросс К. Структурная антропология. М.: Прогресс, 1983, 348 с.
  • Москаленко В.В. Социализация личности (философский аспект). Киев: Вища школа, 1986, 158 с.
  • Михайлова Л.И. Социология культуры. М.: 1999, 232 с.
  • Российская ментальность. Материалы «Круглово стола» // «Вопросы философии». 1994, №1, с. 3-21.
  • Тейлор Э. Первобытная культура. М.: Наука, 1989, 573 с.
  • Цветов В.Я. Пятнадцатый камень сада Реанди. М., Политиздат.1991. 213 с.
  • Юнг К.Г. Психология бессознательного М.: Канун, 1994, с.74-77.
  • www. Зпу-жорнал.ру /е-зпу/2008/3/Луков А. В.