Funksionalist nəzəriyyənin inkişafında parsonsun rolu

The Role of Parsons in the Development of Functionalist Theory

Роль Парсонса в развитии функционалистской теории

Müəlliflər

  • Mehriban Qasımova BDU İlahiyyat Fakültəsi
Sosiologiya nəzəriyyələri, cəmiyyətin və ya bəzi sosial faktların elmi metodlarla araşdırılması nəticəsində əldə edilən ümumi fikirlərdir. Sosioloqlar, sosiologiyanın elm sahəsi olaraq formalaşmağa başladığı XIX əsrin ortalarından etibarən müasir dövrə qədər davam edən prosesdə, cəmiyyəti elmi baxımdan qiymətləndirmək və içtimai münasibətləri ifadə etmək üçün müxtəlif nəzəriyyələr ortaya qoymuşdurlar. Xronoloji baxımdan ələ alındığı zaman nəzəriyyələr “klassik” və “müasir” olaraq iki qrupa ayrılır. Klassik nəzəriyyələr ilə müasir nəzəriyyələr arasında bir sıra fərqliliklər mövcud olsa da, onu da qeyd etmək lazımdır ki, müasir nəzəriyyələr klassik nəzəriyyələrin ortaya qoyduğu perspektivlə inkişaf etdirilmiş və o nəzəriyyələrin atdığı təməllərə görə formalaşmışdır. Tayfun Amman müasir nəzəriyyələrdən funksionalist nəzəriyyəni “Komt, Spenser və Durkheimin atdığı təməllər üzərində, B.Malinovski ilə A.R.Radklif-Braun tərəfindən skeleti qurulan, T.Parsons tərəfindən isə divarları hörülən və R.K.Merton tərəfindən isə qüsurları ortadan qaldırılan bir bina” [1, s.396] bənzətməsi kimi qiymətləndirmişdir. Funksionalist nəzəriyyə təməldə cəmiyyəti canlı bir orqanizm kimi qəbul edən və bu orqanizmi meydana gətirən bütün hissələrin də onun canlılığını təmin etmək üçün müəyyən funksiyalar icra etdiyini iddia edən bir düşüncədir.
In this article has been illustrated Parsons’s functionalist view. His original terms of “system” and “action” has been described and tried to define their meanings in sociological and cultural point of view. In this article has been also explained his term of evolutionary universals, which was created by Parsons. He made an explicit turn to biology as a source of analogy for the process of social development in terms of evolutionary universals. In conclusion, Parsons’s functionalism has been drawn in terms of consensus.
В этой статье были иллюстрированные функциональные анализы Т. Парсонса. Главной побудительной причиной всех научных усилий Парсонса была попытка найти и сформулировать принципы такой системы, которая была бы передельно абстрактной всеобщей, что она никогда не могла бы устареть.

Zeki Arslantürk, Tayfun Amman, Sosyoloji, Istanbul, 2008.

Allah G. Johnson, The Blackwell Dictionary of Sociology, USA, 1995.

Kathy S. Stoley, The Basics of Sociology, London, 2005.

Sezgin Kızılçelik, Sosioloji Teorileri I, Konya, 1994.

Ayşe Canoğlu, Talcott Parsons`ın Amerikan Sosyolojisine Katkıları, İstanbul, 1989.

Bryan Turner, Classical Sociology, London, 1999.

George Ritzer, Sociological Theory, Alfred A.Knopf, Inc, New York, 1983.

V.N. Lavrinenko, Sotsiologiya, Moskva, 2000.

Gerard Delanty, Engin F. Isin (edit), Handbook of Historical Sociology, London, 2003.

Ümumilikdə 9 istinad var.

Endirin

Məqalə Məlumatları

  • Məqalə Növü Articles
  • Təqdim Edildi sentyabr 30, 2010
  • Yayımlanıb sentyabr 30, 2010
  • Nömrə № 14(14) Sentyabr 2010
  • Bölmə Articles
  • Fayl Yükləmələri 8
  • Abstrakt Baxışlar 51
  • Paylaş
Endirmə datası hələ yoxdur.