Vəhdəti-vücudla vəhdəti-şühudun fərqi

Разница между вахдат аль-вуджуд и вахдат ат-шухуд

Müəlliflər

  • V.M. Məmmədəliyev BDU-nun İlahiyyat fakültəsinin dekanı, akademik
İslam aləmində vəhdəti-vücud (varlığın birliyi) bir təlim kimi Mühyiddin İbnül-Ərəbiyə (1165-1240), vəhdəti-şühud (görmənin, müşahidənin birliyi, bir görmə) isə İmam Rəbbaniyə (1564-1634) aid edilsə də, onların hər ikisi bu və ya digər şəkildə özünü onlardan əvvəl yaşamış mütəsəvviflərin sözlərində, fikirlərində biruzə verməkdədir. Cüneyd Bağdadidən (v.909) tövhid haqqında soruşduqda o, “Tövhid qulun Allahın hüzurunda bir qaraltı, bir kölgə kimi olmasıdır” deyə cavab vermişdi. Cüneyd başqa bir yerdə də tövhidi anladarkən “O, qədimi mühdəsdən (sonradan olandan, sonradan yaradılandan) ayırmaqdır” demişdi. Bu sözlərin əsl mənası Allahdan başqa hər şeyi yox bilmək, yalnız Allahı var görməkdir. Onun digər bir adı isə “fəna fillah”Allahda fani olmaq, yox olmaqdır (1,282).
Приверженцы учения вахдат аль-вуджуд (единство бытия) пологают, что все, что существует во вселенной является проявлением имен и атрибутов Аллаха, представляя их тенью идей (аян cабита), существующих в божественном знании (мире), что означает отрицание реального мира и реальной действительности. Что же касается приверженцев вахдат ат-шухуд (единство видения, наблюдения), то они, не отрицая существования реального (внешнего) мира, во время наблюдения не видят ничего кроме Аллаха из-за чрезмерной любви к Нему. Такое видение, как видно, более соответствует реальной действительности, ибо в данном случае реальный мир не отрицается, лишь только из-за чрезмерной любви наблюдателя к Аллаху Всевышнему становится невидимым.

H.Kamil Yılmaz. Anahtarlarıyla tasavvuf ve tarikatlar, İstanbul, 2002.

TDV İslam Ansiklopedisi, c.22, İstanbul, 2000.

Selcuk Eraydın. Tasavvuf və Tarikatler, İstanbul, 1990.

Əbu Davud, Sunən, “Məlahim”, 1.

Acluni İsmail bin Muhamməd. Kəşfül-Xəfa, c. I-II, Beyrut, 1351.

İmam Rəbbani, Məarifi-Ləduniyyə, c. I-II, Kəraçi, 1968.

Ebul'l-Ala Mevdudi, İmam Rabbani ve İslam, ter. Hayreddin Karaman, İstanbul, 1968.

Süleyman Ateş. İslam tasavvufu, Ankara, Pars matbaası, tarixsiz.

ər- Rabbani Ahmet Faruqi, Mektubat, I-II, İstanbul, 1340, (Fazilet neşriyyat).

Ümumilikdə 9 istinad var.

Endirin

Məqalə Məlumatları

  • Məqalə Növü Articles
  • Təqdim Edildi sentyabr 30, 2009
  • Yayımlanıb sentyabr 30, 2009
  • Nömrə № 12(12) Sentyabr 2009
  • Bölmə Articles
  • Fayl Yükləmələri 11
  • Abstrakt Baxışlar 41
  • Paylaş
Endirmə datası hələ yoxdur.