Ərəb dilində üslub və ya bəlağət qaydaları

Stylistic and Rhetoric Rules in Arabic

Правила стиля или риторики в арабском языке

Müəlliflər

  • N.N. Məmmədov BDU-nun ərəb filologiyası kafedrasının dosenti
Qədim cənubi yəmən, həbəş dilləri və ərəb dili bir qrupda birləşərək cənubi sami dillər qrupu adlanır.1 Qeyd etmək lazımdır ki, bu qrupda birləşən dillərlə ərəb dili arasındakı yaxınlıq digər qrup olan şimali sami dilləri ilə ərəb dili arasında olan əlaqədən daha yaxındır. Ərəb dilinin meydana gəlməsinin ən qədim sami məskənləri olan Hicaz və Nəcdlə bağlı olmasına baxmayaraq, həmin dildən bizə gəlib çatan yazılı abidələr ümumi sami xalqlarının ən yeni yazılı abidələri hesab olunur. Belə ki, sami dillərdən olan Akkad dilində olan miladdan öncə iyirminci əsrə aid, İbri dilinə aid olan miladdan öncə on ikinci əsrə aid, Finikiya dilinə aid olan miladdan öncə onuncu əsrə aid, Arami dilinə aid olan miladdan öncə doqquzuncu əsrə aid yazılı abidələr bizə gəlib çatdığı halda, qədim Ərəb dilində olan yazı nümunələri miladdan əvvəl birinci əsrə, klassik ərəb dilində olan yazı nümunələri isə miladdan sonrakı beşinci əsrdən o tərəfə gedib çıxmır.
The article is dedicated to the development and history of the Arabic and deals with the stylistic and rhetoric rules in Arabic. The author gives explanation of words and structures used with purpose of rhetoric and notes varie-ty of words and expressions depending on their usage forms. At the same time the article is about the great importance of metaphor and speech in development of Arabic and its expressiveness. Arabic takes an important and effıcient part in development of different Sciences and expression of different terms and special words with the help of metaphor and speech.
Статья посвящена развитию и истории арабского языка, а также способом и правилам риторики и стилю соответствующему ей. Автор рассматривает и уточняет слова и выражения используемы с целью риторики, слова и обороты речи употребляемые для передели разновидности и разных целей риторики. В статье также говорится об этапах развития арабского языке, о важности роли метафоры в усилении силы выражения смысла повествования. Благодаря действительному и метафорическим значению, арабский язык сыграл важную и плодотворную роль в развитии различных наук, а также в формировании терминов и специфических выражений и оборотов.

Məmmədəliyev V.M. Ərəb dilçiliyi. Bakı, 1985.

Quliyeva M.H. Klassik şərq bəlağəti və Azərbaycan ədəbiyyatı. "Bakı, 1999.

Reckendorf H.Arabische Syntaz. Heidelburq. 1993.

Nöldeke Th. Zur Grammatik des classikchen Arabisch. 1989.

Wright W. A grammar of the Arabic language. 1995.

Endirin

Məqalə Məlumatları

  • Məqalə Növü Articles
  • Təqdim Edildi aprel 30, 2009
  • Yayımlanıb aprel 30, 2009
  • Nömrə № 11(11) Aprel 2009
  • Bölmə Articles
  • Fayl Yükləmələri 12
  • Abstrakt Baxışlar 42
  • Paylaş
Endirmə datası hələ yoxdur.