Məsnəvidə Maidə surəsinin təfsirinə dair Тафсир суры Маида в «Маснави»
Xülasə
Qurani Kərimin V surəsi Maidə hicrətdən sonra Mədinədə nazil olmuş-dur. Peyğəmbərimizin (s.a.s) “Maidə surəsi nüzul baxımından Qur’anın son surələrindəndir. Elə isə onun halalını halal, haramını haram tutun!” hədisi buna sübutdur.
Maidə surəsi Hüdeybiyyə sazişi ilindən (628 m.) etibarən nazil olmağa başlamış, bir qismi də Vida həcci əsnasında (fevral 632 m.) enmişdir.
Bəzi islam alimləri bu surənin hamısının birdən Vida həcmində Ərəfə günü, digərləri isə həmin səfər əsnasında nazil olduğunu söyləmişlər. İmam Əhməd Hənbəl, İbn Mürdəveyh və Təbrəsinin nəql etdikləri bir hədisə görə Maidə surəsi Allahın Rəsulu yolda dəvə (yaxud qatır) üzərində ikən enmiş, dəvə vəhyin ağırlığına davam gətirməyib qarnı üstə yerə çök-müş, Həzrəti Əli də bunu görmüşdür. Allahın elçisi özündən getmiş, əlini Vəhbə əl-Cüməhinin başına qoymuş, sonra ayılmış və səhabəyə Maidə surə-sini oxumuşdur. Şeyx Təbrəsinin İmam Cəfər Sadiqdən nəql etdiyi bir rəva-yətə görə isə “Maidə surəsi bütünlüklə bir dəfəyə vəhy edilmiş və onunla birlikdə 70 min mələk də enmişdir”.

Referanslar
- Tirmizi. Sunən, Qahirə, 1975, Təfsiru surəti V/23.
- Əhməd bin Hənbəl. Musnəd, Qahirə, Darul- hədis, 1995, VI,188.
- Elmalılı M.Hamdi Yazır. Haq dini Quran dili,c. 1,3, İstanbul, (tarixsiz).
- Süleyman Ateş, Yüce Qur’anın çağdaş tefsiri,İstanbul (tarixsiz).
- Ebu’l-Ala Mevdudi, Tefhimul-Qur’an, c.1, İstanbul, 1997.
- Şeyxülislam Mühəmməd Həsən Mövlazadeyi- Şəkəvi. Kitabul- bəyan fi təfsiril- Qur’an,Bakı,1369 h.ş.
- Cəlaləddin əl- Məhəlli, Cəlaləddin əs- Suyuti. Təfsirul- Cəlaleyn, Diməşq, (tarixsiz).
- Şeyx Təbrəsi. Məcməyl - bəyan fi təfsiril- Qur’an, Beyrut, Darul-məktəbi əl- Həyat, (tarixsiz).
- Qazi əl- Beyzavi. Ənvarut-Tənzil və əsrarut-təvil,İstanbul, c.1,1314.
- Tahir-ül Mevlevi. Şerh-i Mesnevi, c.1, İstanbul, (tarixsiz).