Ömər hoca haqqında
Xülasə
İstər mən fakultədə tələbə ikən, istərsə də müəllim olaraq burada işlədiyim gündən etibarən, bir çox Türkiyəli müəllimlə tanış və dost olma fürsətim oldu. Hərəsinin özünə görə xasiyyəti və xüsusiyyətləri vardı. Ömər hocamla çox da uzun müddət bir yerdə çalışmamağıma baxmayaraq, qısa müddət ərzində, aramızda isti münasibət yarandı. Bu insandakı din və vətənə xidmət anlayışı, məndə ona qarşı çox böyük bir hörmətin yaranmasına səbəb oldu. Dindarlığı, vətənpərvərliyi, ailəcanlılığı, alicənablığı və hər bir tələbəyə ayrı-ayrılıqda diqqət göstərməsi, onun ən bariz cəhətlərindən idi. Sözü üzə deməkdən çəkinməyən, mərd bir kişiydi Ömər hoca. Bəlkə də Türkiyənin hər cəhətdən, Azərbaycana yaxın bir vilayəti olan Ərzurumdan olmasıydı, Ömər hocanı bizə bu qədər yaxın edən.