Articles

C.Əfqaniyə görə dinin fəlsəfəsi Philosophy of Religion by J. Afghani Summary Философия религии по Дж.Афгани резюме

Qəmər Mürşüdlü Bakı Dövlət Universitetinin fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının dosenti, fəlsəfə elmləri namizədi

Necə istinad edilir?

Mürşüdlü, Qəmər , Mürşüdlü, Q , , Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi, C.Əfqaniyə görə dinin fəlsəfəsi, 5, 9, 2008, 245-257, 2008

Zotero Mendeley EN EndNote

Xülasə

XIX yüzillikdə İslamda oyanışın və islahatçılığın ən görkəmli ideoloqlarından biri və Şərq xalqlarının azadlığı və inkişafının siyasi modelinin yaradıcısı, əslən azəri türkü olan Cəmaləddin Məhəmməd Seyid Səfdər oğlu Əsədabadi Əfqani (öl. 1897) dövrünə görə mükəmməl təhsil almışdır. Uşaqkən valideyinləri ilə Kabilə köçən Cəmaləddin ilk təhsili evdə atasından almış, sonra onu Qəzvində və Tehranda davam etdirmiş, dini elmlər, tarix, fəlsəfə, coğrafiya, məntiq, siyasət və s. sahələrdə geniş bilik qazanmışdır.
C.Əfqaninin dünyagörüşünün formalaşmasında və elminin təkmilləş-məsində İraqın Nəcəf şəhərində keçirdiyi təhsil illəri əhəmiyyətli rol oynamışdır. Burada o dövrünün məşhur alimlərindən olan müctəhid Hacı Şeyx Mürtəza Ənsaridən və axund Molla Hüseynqulu Həmədani Dərcəzini Şəvəndidən mükəmməl dərslər almışdır. Nəcəfdə iki böyük şəxsiyyət – tanınmış həkim və alim Ağa Seyid Əhməd Tehrani Kərbəlayi və İraqın böyük mücahidi, istedadlı ədib və şair Seyid Səid Nübbubi ilə dostluq Cəmaləddinin mənəviyyatına, həyata baxışlarının formalaşmasına və elminin tamamlanmasına güclü təsir göstərmişdir.
One of the large ideologists reform and revival in Islam J.Afghani was the outstanding scientist theologian, but despite of it wrote on religious problems very little. At the same time, it in the transactions, appearances and conversations highly appreciated the basic norms and principles of Islam, their role in development of umma; and also has defined functions of religion generally in society, its meaning in development of world culture.
In the article, on the basis of study of some transactions of the thinker, there is an attempt for the first time to analyze philosophy of religion of Afghani. Emerges, that the philosopher has described religion as the basis of a civilization, as a means of transfer of mankind from barbarity to culture.
In the article shows, that Afghani has basing the supremacy of Islam in matching with other religions.

Referanslar

  • Afqani C. Dehriyyuna Reddiye (Natüralizm eleştirisi) / Terc. V.İnce. İst., Ekin Yayınları, 1997.
  • Afqani C. Renana cevap / M.Türköne. C.Afqani. Ankara, Türkiye Diyanet Vakfı Yayınları, 1994. – s.55-66.
  • Afqani C. Taassup / Afqani C., Abduh M. El-Ürvetül – vüska /Terc. İ.Aydın. İst., Bir Yayıncılık, (nəşr ili göstərilmir). – s.123-137.
  • al-Afghani J. The Benefits of Philosophy / An Islamic Response to Imperialism. Political and Religious writings of Sayyid Jamal ad-Din “al-Afghani” by Nikki R.Keddie. University of California Press. Berkeley, Los Angeles, London, 1983, 2-nd edit. – pp.109-122.
  • al-Afghani J.Commentary on the Commentator / An Islamic Response to Imperialism. Political and Religious writings of Sayyid Jamal ad-Din “al-Afghani” by Nikki R.Keddie. University of California Press. Berkeley, Los Angeles, London, 1983, 2-nd edit. – pp.123-129.
  • Əfqani C. Təlim-tərbiyə haqqında / Əfqani C. Seçilmiş əsərləri. (Toplayan, tərtib edən və ön sözün müəllifi prof. Ş.Qurbanovdur). Bakı, Azərnəşr, 1998. – s.25-33.
  • Fakhry M. A History of Islamic Philosophy. New York, 1983, 2-nd edit.
  • Хакимов И. Джамаль ад-Дин аль-Афгани, философ и реформа-тор / Азия и Африка сегодня, 1989, №12, с.49-50.
  • Karaman H. Efqani Cemaleddin / İA, c.10. İst., Türkiye Diyanet Vakfı Yayınları, 1994.
  • Qurbanov Ş. Cəmaləddin Əfqani və türk dünyası. Bakı, Azərnəşr, 1996.
  • Mürşüdlü Q.C. C.Əfqaniyə görə qəza və qədərin mahiyyəti / Bakı Universitetinin Xəbərləri, Sosial-siyasi elmlər seriyası, 2006, №1. – s.117-125.
  • Türköne M. C.Afqani. Ankara, Türkiye Diyanet Vakfı Yayınları, 1994.