Articles

Vəhhabilərin görüşləri

Yadulla Paşayev Fəlsəfə elmləri namizədi

Necə istinad edilir?

Paşayev, Yadulla , Paşayev, Y , , Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi, Vəhhabilərin görüşləri, 3, 6, 2006, 109-128, 2006

Zotero Mendeley EN EndNote

Xülasə

Şəfaət birinin bağışlanmasını istəmək mənasına gəlir. Bir şəxsin günahlarından və onun mühakimə olunmasından ortaya söz düşəndə başqa bir şəxsin müdaxilə edib həmin adamı ölümdən, edamdan və ya zindandan azad etmək üçün fəaliyyətini və vasitəçiliyini görərkən deyirik ki, filankəs ondan ötrü “şəfaət” etdi. Birinin günahkar bir şəxsə nicat verməsi üçün etdiyi vasitəçiliyə şəfaət deyilməsinin səbəbi budur ki, şəfaətçinin mövqeyi və onun təsir qüvvəsi şəfaət olunanın xilas olma arzusu ilə birləşərək, biri digərinin köməyi ilə günahkar şəxsin qurtulmasına səbəb olur. Allah övliyalarının günahkarlar üçün şəfaəti o deməkdir ki, Allahın əziz bəndələri Allah dərgahında olan hörmət və rütbələrinə görə (əlbəttə, Allahın izni ilə xüsusi qaydalar əsasında) günahkarlar üçün vasitəçilik edə bilir, dua və yalvarış yolu ilə böyük Allahdan onların təqsir və günahlarının bağışlanmasını istəyirlər. Şübhəsiz, onların şəfaət etmələri və şəfaətlərinin qəbul olunması bir sıra şərtlərdən asılıdır.
In the article it was informed about the conceptions such as shefaet (to want smb to be forgiven), tavassul (to be a mediator), and bidet (something that occurs afterwards). There is a divergence of opinions between Vahhabis and other Islamic faiths in this theme. Ibn Abdulvahab is Ibn Teymuriyy’s follower on the subject of shefaet and he runs to extremes about these opinions.
Vahhabis have adopted different opinions on the subject of bidet. They don’t believe anyone else in this subject. As a continuation of the subject it was informed about graves and grave visits.
Generally we can say that guided by these opinions Vahhabis blame most of the moslems in being mushriks.