Təyyar müəllimə ithaf olunur

Müəlliflər

Təyyar müəllimlə bizi bağlayan çox xatirələr var. Amma bunları dilə gətirmək, yazı ilə ifadə etmək çox çətindir. Çünkü, duyğu ilə hissləri ifadə etmək üçün sözlər yetərli deyil. Ancaq Təyyar müəllimə olan müsbət hisslərimizi, səmimi və doğma münasibətimizi hiss etdiyini güman edirəm. Bütün bu münasibətlər spektrini ifadə edə bilməsəm də onunla bağlı bəzi xatirələrimdən bəhs etmək istəyirəm. Təyyar müəllimi 14 ildir ki tanıyıram. O, Bakı Dövlət Universitetinin yenicə açılmış ilahiyyat fakultəsində islam dininin əsasları dərsini bizə tədris edirdi. Beləcə dinimizlə bağlı ilk məlumatları onun vasitəsiylə öyrəndiyimi söyləyə bilərəm. Onun bu fakultənin açılmasında oynadığı rol, haqqında uzun uzadı danışıla biləcək ayrı bir mövzudur.

Endirin

Məqalə Məlumatları

  • Məqalə Növü İthaf
  • Təqdim Edildi mart 30, 2006
  • Yayımlanıb mart 30, 2006
  • Nömrə № 05(05) Mart 2006
  • Bölmə İthaf
  • Fayl Yükləmələri 2
  • Abstrakt Baxışlar 14
  • Paylaş
Endirmə datası hələ yoxdur.