Articles

Mahmud Kaşğarinin “Divanü Lüğat-it Türk” əsərində nım sınırı

Yaqut Quliyeva BDU İlahiyyat Fakültəsi Dillər Kafedrasının baş laborantı

Necə istinad edilir?

Quliyeva, Yaqut , Quliyeva, Y , , Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi, Mahmud Kaşğarinin “Divanü Lüğat-it Türk” əsərində nım sınırı, 1, 2, 2004, 209-212, 2004

Zotero Mendeley EN EndNote

Xülasə

Məlumdur ki, Azərbaycan tarixşünaslığının ən mürəkkəb, həll olunmamış dövrlərindən biri tariximizin təqribən VII-XIII əsırlər dövrüdür. Əslində ilk baxışda guya hər şey aydındır. Belə ki, tarix elmimizin bizə verdiyi bilgilərə görə e.ə.VII əsrdən etibarən eramızın VII əsrinə qədər Şimalı Azərbaycan ərazisində Alban dövləti mövcud olmuş, ərəblərin gəlişi nəticəsində bu dövlət dağılmışdır. Sonralar XI-XIII əsrlərdə səlcuqların və monqolların Ön Asiyaya axını zamanı guya Azərbaycan qəti şəkildə türkləşmiş və burada türkdilli tayfalar üstünlük təşkil etmişlər. Hələ ki, bəzi cəhdlərimizə, yeni faktların üzə çıxmasına baxmayaraq istər bizim tarixşünaslığımızda, istərsə də bütövlükdə dünya tarix elmində Azərbaycan tarixinin bu dövrü və Azərbaycan xalqının formalaşması haqqında əsas qənaət bundan ibarətdir. Sözsüz ki, bir sıra alimlərimiz və Azərbaycan tarixinin bu dövrünə daha obyektiv yanaşan bir sıra tədqiqatçılar kimi, biz bu mülahizələrlə razılaşmır, Azərbaycanın ən qədim zamanlardan türkdilli tayfaların yaşadıqları torpaq olduğu fikrini əsas götürürük.