Ərəb dilçiliyində "xəbər cümlə"
Xülasə
İlk öncə mövzunun adı ilə bağlı qısa bir açıqlama vermək istərdik. Müşahidələr göstərir ki, ərəb dili qaynaqlarında “xəbər cümlə” məfhumu dörd şəkildə ifadə olunur. Lakin bunların hamısı “xəbər vəzifəsində işlənən cümlə” anlamını bildirir. Burada söhbət mübtəda üçün xəbər rolunu oynayan cümlələrdən gedir ki, onlar da “irabda yeri olan cümlələr”dən biri hesab olunur. “İrabda yeri olan cümlələr” dedikdə isə hala görə hansı cümlə üzvü vəzifəsində çıxış etdiyini müəyyən etmək mümkün olan cümlələr nəzərdə tutulur. Başqa sözlə, bu başlıq altında hər hansı bir cümlə üçün müəyyən cümlə üzvü ola bilən və bununla da halı müəyyənləşdirilə bilən bütöv cümlələrdən bəhs edilir.