Ərəb ədəbi dilində üç qat təsirli fellər

Müəlliflər

  • S.N. Hüseynova BDU İlahiyyat Fakültəsi Baş Müəllimi
Ərəb qrammatika kitablarında bəzən əl-mucaviz, bəzən əl-vaqi və bəzən də əl-mutəaddi adlanan təsirli fellərin vahid bir təsnifatı yoxdur. Bu fellərin ən geniş təsnifatı orta çağ dilçisi İbn Usfura mənsubdur. O, təsirli felləri yeddi qismə bölür. Bunlar özü-özlüyündə, yəni heç bir əlavə vasitə olmadan, bir vasitəsiz tamamlıq tələb edən bir qat təsirli, bəzən özü-özlüyündə, bəzən də ön qoşması vasitəsi ilə bir vasitəsiz tamamlıq tələb edən bir qat təsirli, ancaq ön qoşmasının köməyi ilə bir vasitəsiz tamamlıq tələb edən bir qat təsirli, özü-özlüyündə bir və ön qoşması vasitəsilə ikinci vasitəsiz tamamlıq tələb edən iki qat təsirli, özü-özlüyündə əslən mübtada və xəbər kimi çıxış etməmiş iki vasitəsiz tamamlıq tələb edən iki qat təsirli, özü-özlüyündə mübtada və xəbər kimi çıxış etmiş iki vasitəsiz tamamlıq tələb edən iki qat təsirli və nəhayət özü-özlüyündə, heç bir əlavəasite olmadan üç vasitəsiz tamamlıq tələb edən) üç qat təsirli fellərdir.”

Endirin

Məqalə Məlumatları

  • Məqalə Növü Articles
  • Təqdim Edildi mart 30, 2004
  • Yayımlanıb mart 30, 2004
  • Nömrə № 01(01) Mart 2004
  • Bölmə Articles
  • Fayl Yükləmələri 5
  • Abstrakt Baxışlar 21
  • Paylaş
Endirmə datası hələ yoxdur.